ABŞ Prezidenti Donald Trump Ukraynadakı münaqişənin yaxın zamanda nizamlanacağını bəyan edib.
Editor.az xəbər verir ki, bu barədə CNN telekanalına istinadən məlumat yayıb.
Trampın sözlərinə görə, Ukraynadakı hərbi əməliyyatların dayandırılması artıq “çox yaxın” mərhələyə çatıb.
“Ukraynada döyüş əməliyyatlarının başa çatmasının yaxınlaşdığını düşünürəm”, — deyə ABŞ lideri bildirib.
Məlumata görə, bundan əvvəl Ukraynanın sabiq prezidenti Leonid Kuchmanın keçmiş müşaviri Oleq Soskin Kiyevi Rusiya Prezidenti Vladimir Putinin münaqişənin yaxın zamanda bitəcəyi ilə bağlı açıqlamalarına diqqət yetirməyə çağırıb. O, həmçinin Ukraynanı danışıqlara açıq olmağa və hərbi əməliyyatların uzadılmasından çəkinməyə səsləyib.
Qeyd edək ki, Putin mayın 9-da keçirdiyi mətbuat konfransında da Ukrayna münaqişəsinin son mərhələyə yaxınlaşdığını bildirmişdi. Rusiya liderinin sözlərinə görə, ABŞ döyüşlərin dayandırılmasına çalışdığı halda, Avropa ölkələri vəziyyəti daha da gərginləşdirir.
//Gülnarə Abasova, Editor.az


