Serbiya tarixində ilk dəfə NATO ilə birgə hərbi təlimlərə qatılıb.
Editor.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasına əsasən, təlimlərdə Serbiya, İtaliya, Rumıniya və Türkiyədən ümumilikdə 600-ə yaxın hərbçi iştirak edir. ABŞ, Böyük Britaniya və Fransa daxil olmaqla, bir sıra NATO ölkələrinin nümayəndələri isə müşahidəçi qismində təlimləri izləyir.
Hərbi təlimlər Serbiyanın cənubunda yerləşən Buyanovats şəhəri yaxınlığında keçirilir. Bildirilib ki, taktiki xarakter daşıyan təlimlər mayın 23-dək davam edəcək.
//Gülnarə Abasova, Editor.az


