9–10 may 2026-cı il tarixlərində Bakı Konqres Mərkəzində Azərbaycanın dermatologiya və kosmetologiya sahəsində ən böyük və nüfuzlu beynəlxalq tədbirlərindən biri olan “Baku Derma 2026” konqresi keçirilib.
Konqres çərçivəsində zəngin elmi proqram təqdim olunub, müasir yanaşmaları əhatə edən praktiki sessiyalar təşkil edilib. Tədbirin əsas hissələrindən biri olan genişmiqyaslı sərgidə isə sahənin ən son innovasiyaları, texnologiyaları və estetik tibb məhsulları nümayiş etdirilib.
“Baku Derma 2026”da yerli və xarici tanınmış dermatoloqlar, sahənin aparıcı mütəxəssisləri, eləcə də yerli və beynəlxalq şirkətlərin rəhbərləri və nümayəndələri iştirak ediblər.
Tədbirdə iştirak edən şirkətlər arasında 10 ildir Azərbaycanda bir çox məşhur brendin eksklüziv distribütoru olan “Esteraphy” şirkəti də öz yadda qalan stendi və yenilikləri ilə diqqəti cəlb edib.
Şirkətin həkim-spikeri Sidiqə Zeynalovanın master-klassı zamanı ani effekt verən və 3 məhsulu əvəz edən, Fransa istehsalı olan “Seduskin Evolution” məhsulunun təqdimatı baş tutub. Təqdimat iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
“Esteraphy” şirkətinin digər məhsulu olan dodaq dolğusu isə Svetlana Kashuk tərəfindən təqdim edilib və iştirakçılar tərəfindən bəyənilərək istifadə edilib.
Sərgidən fotoları təqdim edirik:


















