Canlı yayımda təhqirə yol verən daha bir tiktoker həbs olundu – Fotobackend

Canlı yayımda təhqirə yol verən daha bir tiktoker həbs olundu – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sosial şəbəkələrdə nalayiq ifadələr işlədən daha bir tiktoker həbs olunub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, Məhəmməd Hüseyn oğlu Nəsibov “TikTok” sosial şəbəkəsindəki “7_muxammed_7” adlı hesabında canlı yayım zamanı digər bloqerlərlə söhbət edərkən nalayiq ifadələr işlədib. Bununla da o, ictimai mənəviyyatı təhqir edən və cəmiyyətə açıq hörmətsizlik ifadə edən hərəkətlərə yol verib.

Canlı yayımda təhqirə yol verən daha bir tiktoker həbs olundu - Foto

Bu əməlinə görə, o, polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsilə protokol tərtib olunub.

Bir neçə dəqiqə əvvəl keçirilən məhkəmə iclasında Məhəmməd Nəsibov barəsində qərar qəbul edilib. O, 10 gün müddətinə inzibati qaydada həbs olunub.

Canlı yayımda təhqirə yol verən daha bir tiktoker həbs olundu - Foto