İran son günlərdə Hörmüz boğazında bir neçə gəmiyə hücum edib.
Musavat.com xəbər verir ki, məlumatı İranın Hörmüz boğazında gəmiçiliyi izləmək üçün yaratdığı Fars Körfəzi Təhlükəsizlik İdarəsi (PGSA) açıqlayıb.
Bildirilir ki, hücumlar BƏƏ-yə məxsus və ya çarterləşdirilmiş üç gəmiyə edilib: “Araşdırma nəticəsində məlum olub ki, AL RUWAIS, SINBAD və MERSIN PROSPERITY tankerləri son iki ay ərzində bir neçə dəfə Hörmüz boğazından keçməyə cəhd ediblər”.
Agentlik vurğulayıb ki, bu üç tankerin adları boğazda naviqasiya qaydalarını pozan gəmilərin son yenilənmiş siyahısına da daxil edilib. İran tərəfi iddia edir ki, siyahıya daxil olan gəmilər boğazdan gələcəkdə keçidlə bağlı məhdudiyyətlərlə, o cümlədən cərimələrlə, həbslə və ya müsadirə ilə üzləşəcəklər.
Qeyd edək ki, İran hər dəfə Hörmüzdə tankerlərə hücumlara başladıqda, ABŞ onun boğazın sahillərindəki atəş nöqtələrinə zərbələr endirir.
Musavat.com

