Çexiyada hərbi helikopter qəzaya uğradı: Ölən varbackend

Çexiyada hərbi helikopter qəzaya uğradı: Ölən var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çexiyanın Nameşt-nad-Oslavoy aviabazası yaxınlığında hərbi helikopter qəzaya uğrayıb.

Oxu.Az xəbər verir ki, bu barədə Çexiya ordusundan rəsmi açıqlama verilib.

Bildirilir ki, “Venom” tipli helikopterdə beş hərbi qulluqçu olub.

Məlumata görə, hadisə zamanı hərbçilərdən biri həlak olub.

Hazırda qəza yerində xilasedici qruplar fəaliyyət göstərirlər.