“Naxçıvan” TV-nin sədr müavini işdən azad edilib – FOTObackend

“Naxçıvan” TV-nin sədr müavini işdən azad edilib – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini İlhamə Novruzova vəzifəsindən azad edilib.

Editor.az  APA-ya istinadən xəbər verir ki, bununla bağlı Naxçıvan MR Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov iyulun 23-də müvafiq sərəncam imzalayıb.

Qeyd edək ki, iyulun 22-də “Naxçıvan” TV-nin İdarə Heyəti sədrinin müavini Xaliq Babayev də vəzifəsindən azad edilib.

Digər bir sərəncamla Vüsal Muradov “Naxçıvan” TV-nin sədr müavini təyin olunub.

QSC-nin İdarə Heyətinə sədr təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Vüsal Muradova həvalə olunub.

Naxçıvan TV-nin sədr müavini işdən azad edilib - FOTO