Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanının müavini Andrey Lebedenko bildirib ki, ölkənin hava hədəflərinə qarşı istifadə olunacaq döyüş lazer sistemi yaxın 2–3 ay ərzində hazır ola bilər.
Onun sözlərinə görə, lazer silahı ilk növbədə pilotsuz uçuş aparatları və digər hava hədəflərinin məhv edilməsi üçün nəzərdə tutulur. Lebedenko qeyd edib ki, sistem üzərində işlər davam edir və yaxın aylarda onun praktiki istifadəsi mümkün ola bilər.
Bununla belə, lazer kompleksinin texniki xüsusiyyətləri, döyüş imkanları və sınaqların nəticələri barədə əlavə məlumat açıqlanmayıb. Ukrayna tərəfi layihənin hazırlanmasını ölkənin hava hücumundan müdafiə imkanlarının gücləndirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirir.
//Samir Qurbanov, Editor.az

