Rusiyada benzin idxalı ilə məşğul olan şirkətlər üçün dövlət subsidiyasının həcminin hər ton üçün 50 min rubldan çox olacağı gözlənilir.
Bu məbləğ ölkə daxilində istehsal olunan benzinə görə ödənilən dempfer kompensasiyasından 3,6 dəfə yüksəkdir.
Məlumata görə, bu göstərici Federal Antiinhisar Xidmətinin (FAS) hazırladığı materiallarda əks olunub.
Yeni mexanizmin məqsədi idxal olunan benzinin daxili bazarda rəqabət qabiliyyətini artırmaq və yanacaq bazarında sabitliyi qorumaqdır.
//Samir Qurbanov, Editor.az

