ABŞ-ın nüfuzlu The New York Times nəşrində dərc olunan məqalədə bildirilir ki, Rusiya prezidenti Vladimir Putin Qərbin misli görünməmiş sanksiyalarına, iqtisadi çətinliklərə və cəbhədəki ağır itkilərə baxmayaraq, müharibəni davam etdirmək niyyətindən geri çəkilmir.
Siyasi tədqiqatçı və Vladimir Putinin Qərbə qarşı qlobal siyasətini araşdıran kitabın müəllifi Anna Nottenin fikrincə, Kremlin ölkə daxilində ümumi sabitliyi qoruyub saxlaması və Rusiyanın tam beynəlxalq təcriddən yayınması Putində hələ də qələbə qazanacağına dair inam yaradıb. Məhz bu amillər onun müharibəni davam etdirmək qərarını gücləndirir.
Məqalədə vurğulanır ki, bu qiymətləndirmə müəllifin şəxsi təhlilinə əsaslanır və Rusiyanın gələcək addımları ilə bağlı rəsmi mövqeni əks etdirmir.
//Samir Qurbanov, Editor.az

