ABŞ və Səudiyyə Ərəbistanı nüvə əməkdaşlığı haqqında saziş imzalayıbbackend

ABŞ və Səudiyyə Ərəbistanı nüvə əməkdaşlığı haqqında saziş imzalayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ və Səudiyyə Ərəbistanı arasında mülki nüvə enerjisi sahəsində əməkdaşlığı nəzərdə tutan saziş imzalanıb.

Editor.az xəbər verir ki, ABŞ Energetika Nazirliyinin məlumatına görə, tərəflər nüvə əməkdaşlığını əhatə edən “123 Sazişi”ni imzalayıblar. Bildirilib ki, razılaşma uzunmüddətli strateji tərəfdaşlığın hüquqi əsasını yaradacaq və milyardlarla dollar həcmində investisiyaları əhatə edəcək.

ABŞ Energetika Nazirliyinin açıqlamasında qeyd olunub ki, sazişlər nüvə təhlükəsizliyi, nüvə obyektlərinin mühafizəsi və nüvə silahlarının yayılmasının qarşısının alınması sahələrində yüksək standartların qorunmasına xidmət edəcək.

Vaşinqton hesab edir ki, əməkdaşlıq həm ABŞ-ın, həm də regionun təhlükəsizliyinə töhfə verəcək və mülki nüvə texnologiyaları sahəsində ABŞ şirkətlərinin rəqabət imkanlarını gücləndirəcək.

Sazişin ABŞ və Səudiyyə Ərəbistanı arasında uzun illər davam edəcək strateji əməkdaşlıq üçün yeni imkanlar yaradacağı bildirilir.

//Gülnarə Abasova, Editor.az