İran Yaxın Şərqdə müharibənin “formulunu” açıqladıbackend

İran Yaxın Şərqdə müharibənin “formulunu” açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran parlamentinin sədri və ölkənin danışıqlar qrupunun rəhbəri Məhəmməd Baqir Qalibaf Yaxın Şərqdə artan gərginlik fonunda sərt bəyanatla çıxış edib.

Qalibaf X sosial şəbəkəsində yazıb ki, əgər İrana neft ixrac etməyə imkan verilməsə, regionun digər ölkələri də təhlükəsiz şəkildə neft sata bilməyəcək.
Onun sözlərinə görə, “İran neft ixrac edə bilmədiyi təqdirdə, Yaxın Şərqdə heç bir ölkə neft sata bilməyəcək. Bu, müharibənin formuludur.”

İran rəsmisinin bəyanatı Tehranla Qərb arasında gərginliyin davam etdiyi və Fars körfəzi regionunda enerji təhlükəsizliyi ilə bağlı narahatlıqların artdığı bir vaxta təsadüf edir. Qalibafın açıqlaması İranın enerji ixracına qarşı mümkün məhdudiyyətlərə cavab olaraq regiondakı neft tədarükünün də risk altına düşə biləcəyinə işarə edir.

//Samir Qurbanov, Editor.az