Belarusın müdafiə naziri Viktor Xrenin ölkə ətrafındakı hərbi-siyasi vəziyyətin sabit olaraq qaldığını bildirib.
Onun sözlərinə görə, hazırda Ukrayna tərəfindən Belarusa qarşı hərbi hücum hazırlığına dair heç bir əlamət müşahidə olunmur.
INazir qeyd edib ki, Belarus sərhədləri yaxınlığında nə Ukrayna, nə də NATO qüvvələrinin narahatlıq doğuracaq hərbi aktivliyi qeydə alınıb. Xrenin vurğulayıb ki, mövcud şəraitdə ölkəyə qarşı qəfil hücum və ya eskalasiya təhlükəsi görünmür.
//Samir Qurbanov, Editor.az

