Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov yaxın zamanda Ermənistan XİN rəhbər Ararat Mirzoyanla görüşəcək.
Editor.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov 4-cü İqlim Həftəsi çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
“Sonuncu dəfə Bişkekdə bir sıra məsələlər ətrafında fikir mübadiləsi apardıq və razılıq əldə etdik ki, ikitərəfli görüş keçirək. Yaxın zamanda belə bir görüş baş tuta bilər”, – nazir vurğulayıb.

