Neft kəskin BAHALAŞDI: “Brent”in qiyməti AÇIQLANDIbackend

Neft kəskin BAHALAŞDI: “Brent”in qiyməti AÇIQLANDI 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Brent” markalı neftin füçerslərinin qiyməti iyulun 24-dən bəri ilk dəfə olaraq bir barel üçün 100 dollarlıq həddi aşıb.

Editor.az xəbər verir ki, bu barədə ticarət platformalarının açıqladığı göstəricilərdə qeyd olunub.

Bakı vaxtı ilə saat 11:18-də Londonun ICE birjasında noyabr ayına çatdırılma ilə “Brent” markalı neftinin qiyməti 2.19% artım nümayiş etdirərək bir barel üçün 100.06 dollara çatıb. Saat 11:23-ə olan məlumata əsasən isə “Brent”in qiymət artımı bir qədər yavaşlayaraq bir barel üçün 100.03 dollar (+2.15%) təşkil edib.

Eyni zamanda, oktyabr ayında tədarük ediləcək WTI markalı neftin füçers qiyməti də 1.77% artaraq bir barel üçün 94.68 dollara qədər yüksəlib.