Gəncə şəhərində 33 yaşlı kişini bıçaqlayan şəxsin digər cinayəti də üzə çıxıb.
Editor.az xəbər verir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 35 yaşlı İsrəfil Əliyev saxlanılıb.
Araşdırmalarla məlum olub ki, İ.Əliyev hadisədən sonra Samux rayonunun Alıuşağı kəndində bacısı, 1987-ci il təvəllüdlü S. Abbasovanı da bıçaqlayıb.
Faktla bağlı Samux rayon Polis İdarəsi tərəfindən araşdırma başlanılıb.

