ABŞ İranın neft tankerlərinə zərbələr endirdi – VİDEObackend

ABŞ İranın neft tankerlərinə zərbələr endirdi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ silahlı qüvvələri İrana məxsus beş neft tankerini sıradan çıxarıb.

Editor.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

 

 

“İslam İnqilabı Keşikçiləri Korpusu son iki gün ərzində ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərinə iki dəfə ballistik raketlərlə hücum etdikdən sonra sentyabrın 8-də CENTCOM qüvvələri İranın beş neft tankerini məhv ediblər”, – deyə açıqlamada qeyd olunub.

CENTCOM-un məlumatına əsasən, Oman körfəzində hərəkət edən “Kaviz”, “Charminar”, “Horizon 1” və “Riesco” tankerləri, eləcə də Xark adası yaxınlığında yerləşən “Derya” gəmisi zərbələrə məruz qalıb.

Bəyanatda həmçinin qeyd olunur ki, sentyabrın 5-də də ABŞ hərbçiləri İslam Respublikasına aid daha üç neft tankerini sıradan çıxarmışdılar.