İki il əvvəl 10 min mant vəsait toplayıb yaşadıqları binanın uşaq meydançasını təmir etməyə qərar verdilər… Söhbətgahlar və oturacaqlar yeniləndi, azyaşlılar üçün müxtəlif idman qurğuları gətirildi… Hər şey yeniləndi, amma ömrü uzun olmadı…
Görüntülər Yasamal rayonu “3 TAC” yaşayış kompleksinin həyətindəndir. Sakinlər iddia edirlər ki, yaşayış kompleksinin komendantı onlardan avadanlığı müvəqqəti olaraq geri götürməyi xahiş edib. Əvəzində də MTK rəhbərliyi tərəfindən daha modern bir həyət qurulacağı vəd edilib.
Amma, illər keçsə də, verilən vədə əməl olunmayıb.
Yaşayış kompleksinin komendantı isə deyir ki, MTK tezliklə problemi aradan qaldıracaq.
MTK rəhbərliyi adından danışan komendant onu da qeyd etdi ki, sakinlərə dəyən ziyan da ödəniləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

