Dünya bazarlarında neft qiymətlərində eniş qeydə alınıb. Hər iki əsas neft markasının fyuçers müqavilələri üzrə qiyməti aşağı düşüb.
Editor.az-ın məlumatına görə, Londonun ICE birjasında “Brent” markalı neftin 2026-cı ilin dekabr ayı üzrə fyuçerslərinin qiyməti 1,29% ucuzlaşaraq bir barel üçün 103,37 ABŞ dollarına enib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında isə “WTI” markalı neftin 2026-cı ilin noyabr ayı üzrə fyuçerslərinin dəyəri 1,7% azalaraq 90,29 dollar təşkil edib.
Beləliklə, son ticarət əməliyyatları zamanı həm “Brent”, həm də “WTI” markalı neftin qiymətində azalma müşahidə olunub.

