Prezident Administrasiyasının sabiq rəhbəri və AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin ailəsində faciə yaşanıb.
Editor.az-ın “Qafqazinfo”ya istinadən yaydığı məlumata görə, İ. Əliyevin qardaşı Fikrət Əliyev vəfat edib. O, uzun illər ərzində müxtəlif dövlət və təhsil qurumlarında rəhbər vəzifələrdə çalışıb.
Fikrət Əliyev ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyində polkovnik rütbəsi ilə xidmət edib. Bundan başqa, Beynəlxalq Universitetdə prorektor, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən Mərkəzi Hərbi-Həkim Komissiyasının sədri vəzifələrini icra edib.
Ramiz Mehdiyevin AMEA prezidenti seçilməsindən təxminən bir ay sonra isə Fikrət Əliyev AMEA-nın İşlər idarəsi müdirinin müavini vəzifəsinə təyin olunub.
Fikrət Əliyevin vəfatı ilə bağlı digər təfərrüatlar barədə məlumat verilməyib.

