Ələkbərov Rusiyanın bir ildə ən çox qazanan iş adamı oldubackend

Ələkbərov Rusiyanın bir ildə ən çox qazanan iş adamı OLDU 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2026-cı ildə Rusiyanın ən yüksək dividend ödənişlərinə malik 75 şirkətinin reytinqi açıqlanıb.

Editor.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə “Forbes” jurnalı məlumat yayıb.

Məlumata görə, birinci yeri “Lukoyl” şirkətinin təsisçisi Vahid Ələkbərov tutub.

“Ələkbərovun xeyrinə ödənilən dividendlərin məbləği 106,2 milyard rubl təşkil edib. Dividendlərin mənbəyi “Lukoyl” şirkətidir. Reytinqdə ikinci yerdə “Novatek”in idarə heyətinin sədri Leonid Mixelson və ailəsi qərarlaşıb. Onların şirkətdən əldə etdiyi dividend gəliri 87,1 milyard rubl həcmində qiymətləndirilir. Mənbə isə “Novatek” və “Sibur” şirkətləridir. “Novatek” və “Sibur” şirkətlərinin direktorlar şurasının üzvü Gennadi Timçenko 71,5 milyard rubl dividendlə ilk üçlüyü tamamlayıb. Dividend mənbələri “Novatek” və “Sibur” şirkətləridir”.