“Rusiya ordusunun Kiyev vilayətinə hücumu zamanı iki nəfər həyatını itirib ki, onlardan biri Azərbaycan vətəndaşıdır”.
Oxu.Az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkə hesabındakı paylaşımında bildirib.
“Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm”, – deyə Ukrayna lideri vurğulayıb.

