Tramp İrana qarşı yeni zərbələrin endirilə biləcəyini açıqladıbackend

Tramp İrana qarşı yeni zərbələrin endirilə biləcəyini açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp bildirib ki, Amerika hərbçiləri noyabrda keçiriləcək Konqresə aralıq seçkilərindən əvvəl İrana qarşı zərbələri bərpa edə bilər.

Editor.az xəbər verir ki, Tramp bu barədə Fox News telekanalına müsahibəsində danışıb. ABŞ liderinə hərbi əməliyyatların seçkilərdən əvvəl yenidən başlayıb-başlamayacağı ilə bağlı sual ünvanlanıb.

“Bu mümkündür”, – deyə Tramp cavab verib.

Bu arada, İranın xarici işlər naziri Abbas Əraqçi sentyabrın 27-də bildirib ki, Tehranın ABŞ-la münaqişənin həlli üçün diplomatik üsullara qayıtması üçün hazırda əsas görmədiyi məqamlar var. Bununla belə, onun sözlərinə görə, İran sülhə nail olmaq məqsədilə diplomatik danışıqlara qayıtmağa hazırdır.

//Gülnarə Abasova, Editor.az