“Dünya ikqütblü ola bilməz”.
Editor.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasında çıxışı zamanı bildirib.
Putinin sözlərinə görə, gələcək dünya nizamı nə ikqütblü, nə üçqütblü, nə də dördqütblü olmalıdır:
“Dünya sistemi müxtəlif güc mərkəzlərinin iştirak etdiyi çoxqütblü model üzərində qurulmalıdır. Çoxqütblü dünya iki və ya üç əsas mərkəzin mövcud olduğu sistemlə müqayisədə daha mürəkkəbdir.
Çoxqütblü dünya nizamında beynəlxalq münasibətlərin bütün iştirakçılarının maraqları nəzərə alınmalıdır”.
O əlavə edib ki, gələcək dünya nizamının təməlində əsas prinsiplərdən biri bir dövlətin təhlükəsizliyinin digər dövlətlərin təhlükəsizliyi hesabına təmin edilməməsi olmalıdır.
Putin vurğulayıb ki, məhz bu prinsip gələcək beynəlxalq münasibətlər sisteminin əsasını təşkil etməlidir.
//Gülnarə Abasova, Editor.az

