Zakir Həsənov “Birliyin Gücü – 2026” birgə hərbi təlimində iştirak edibbackend

Zakir Həsənov “Birliyin Gücü – 2026” birgə hərbi təlimində iştirak edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənov “Birliyin Gücü – 2026” birgə hərbi təlimində iştirak edib.

Editor.-az xəbər verir ki, nazir təlim iştirakçıları qarşısında çıxış edərək bu cür təlimlərin ölkələrimizin ordularının inkişafında rolundan danışıb, təlimlərin şəxsi heyətin peşəkarlığının yüksəldilməsinə, qarşılıqlı təcrübə mübadiləsinə, sülhün və sabitliyin təmin olunmasına verdiyi töhfələri qeyd edib.

Qeyd edək ki, təlim çərçivəsində iştirakçılar hibrid təhdidlərə, terror fəaliyyətlərinə qarşı mübarizənin aparılması, yaşayış məntəqələrində antiterror əməliyyatlarının keçirilməsi, müştərək planlaşdırılma və qanunsuz silahlı qruplaşmaların zərərsizləşdirilməsi üzrə tapşırıqları birgə icra ediblər.

Təlimin əsas məqsədləri ölkələrimizin orduları arasında əməkdaşlığın genişləndirilməsi, şəxsi heyətin praktiki vərdişlərinin təkmilləşdirilməsi, qarşılıqlı təcrübə mübadiləsi, həmçinin dayanıqlı sülhə və təhlükəsizliyə töhfə verməkdir.

Eyni zamanda təlimin keçirilməsində məqsəd beynəlxalq əməliyyatların müştərək planlaşdırılması, şəxsi heyət arasında dostluq əlaqələrinin gücləndirilməsi və tapşırıqların birgə icrası zamanı bölmələr arasında qarşılıqlı uzlaşmanın təmin edilməsidir.