Yaponiya Rusiyanın “kölgə donanması”nı hədəf aldı – belə zərbə vuracağıqbackend

Yaponiya Rusiyanın “kölgə donanması”nı hədəf aldı – belə zərbə VURACAĞIQ 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiya Rusiyaya qarşı yeni sanksiyalar paketinin tətbiqi imkanını nəzərdən keçirir.

Editor.az xəbər verir ki, “Yomiuri” qəzeti bu barədə ölkə hökumətindəki mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Tokio Avropa İttifaqına üzv dövlətlərin irəli sürdüyü məhdudiyyətlərin daha da sərtləşdirilməsi prosesinə qoşula bilər. Mümkün sanksiyaların hədəfləri sırasında Rusiyanın “kölgə donanması” adlandırılan gəmiləri də yer alır.

Bundan başqa, Yaponiya hakimiyyəti Rusiyaya qarşı ixrac məhdudiyyətlərinin genişləndirilməsi və tədarüklərə nəzarətin gücləndirilməsi məsələsini müzakirə edir.

Məlumata görə, yeni tədbirlərin müzakirəsinə Rusiya Prezidenti Vladimir Putinin İturup adasına səfəri də təsir göstərib. Tokio bu səfərə kəskin reaksiya verib.

Rusiyanın Yaponiyadakı səfiri Nikolay Nozdryov isə Yaponiya tərəfinin mövqeyini əsassız demarş adlandırıb. O, Yaponiyanın xarici siyasət idarəsinin rəhbərinə Cənubi Kuril adalarının Rusiyanın ayrılmaz hissəsi olduğunu bildirib.

Qeyd edək ki, Yaponiya hökuməti sonuncu dəfə 2025-ci il sentyabrın 12-də, ölkənin baş naziri Şiqeru İşibanın rəhbərliyi dövründə Moskvaya qarşı sanksiyalar tətbiq edib. Hazırkı baş nazir Sanae Takaçinin rəhbərlik etdiyi hökumət dövründə isə Rusiyaya qarşı yeni məhdudlaşdırıcı tədbirlər hələ qəbul edilməyib.

//Gülnarə Abasova, Editor.az