Kəbədə canlı bomba TƏŞVİŞİbackend

Kəbədə canlı bomba TƏŞVİŞİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məkkədə ətrafdakıları narahat edərək qorxu və təşviş yaratdığı iddia edilən bir şəxs nəzarətə alınıb.

Editor.az-ın xəbərinə görə, Səudiyyə rəsmiləri sosial şəbəkələrdə “intiharçı” və hücum cəhdi ilə bağlı yayılan iddiaların əsassız olduğunu bildiriblər.

Səudiyyə Ərəbistanının İctimai Təhlükəsizlik İdarəsi tərəfindən ABŞ mərkəzli “X” şirkətinin sosial media hesabı vasitəsilə yayılan açıqlamada bildirilib ki, təhlükəsizlik qüvvələri sözügedən şəxslə bağlı dərhal müdaxilə edib.

Açıqlamada qeyd olunub ki, həmin şəxsə qarşı zəruri hüquqi prosedurlar başlanılıb və şübhəli şəxs prokurorluğa təhvil verilib.

//Dəniz Pənahova, Editor.az