“Planlaşdırılan işlərin çox sürətli templə irəlilədiyini deyə bilərəm. Bir il ərzində layihənin nə qədər inkişaf etdiyinə nəzər salsaq, bu miqyasda proqram üçün kifayət qədər böyük nəticələrin əldə olunduğunu görərik”.
Editor.az xəbər verir ki, bunu ABŞ-daki Ermənistanın səfiri Narek Mkrtçyan jurnalistlərlə söhbətində TRIPP layihəsi barədə danışarkən bildirib.
Səfirin sözlərinə görə, proqram bir neçə mərhələdən ibarətdir və araşdırmaların, eləcə də onlardan irəli gələn müxtəlif tədbirlərin hazırlanması başa çatmadan layihənin praktiki icrasına keçmək mümkün deyil:
“Hazırda layihə artıq yetkinləşib və praktiki icra mərhələsinə keçmək üçün zəruri mərhələyə çatıb. 2027-ci ilin əvvəlində TRIPP layihəsinin təməlqoyma mərasimini keçirmək mümkün olacaq”.
//Gülnarə Abasova, Editor.az

