İran hərbi əməliyyatların yenidən başlaması halında uranın zənginləşdirilməsini 90%-ə qədər artıra bilər.
Bu barədə İslam Respublikası Parlamentinin Milli Təhlükəsizlik Komitəsinin sədri İbrahim Rzayi bildirib. “Təkrar hücum halında İranın seçimlərindən biri uranın 90%-ə qədər zənginləşdirilməsi ola bilər. Bu məsələ Məclisdə (İran parlamenti) müzakirə olunur”, – deyə millət vəkili X-də yazıb.
Xatırladaq ki, ABŞ və İran arasında aprel ayından bəri atəşkəs qüvvədədir. Tərəflər münaqişənin həlli üçün təkliflər mübadiləsi aparıblar, lakin danışıqlar dayanıb. Mayın 10-da ABŞ prezidenti Donald Tramp Tehranın sülh planını qəbuledilməz adlandırıb. “Axios” mənbələri cənab Trampın müşavirləri ilə hərbi əməliyyatların yenidən başlamasını müzakirə edəcəyini bildirib. Lakin mənbələr əmindirlər ki, prezident Çindən qayıdana qədər əməliyyat əmri verilməyəcək.
//Samir Qurbanov, Editor.az


