İran İnqilab Keşikçiləri Dəniz Qüvvələrinin komandan müavini Məhəmməd Əkbərzadə bildirib ki, İran qüvvələrinin yenilənmiş plan çərçivəsində fəaliyyət göstərməyə hazırlaşdığı əməliyyat zonası on dəfə genişləndirilib.
“Hazırda yeni plana əsasən, Hörmüz boğazının sərhədləri əhəmiyyətli dərəcədə genişləndirilib.” – Məhəmməd Əkbərzadə deyib. Komandir müavini boğazın ölçüsünün genişləndiyini və indi daha böyük bir əməliyyat zonası olduğunu aydınlaşdırıb.
Əkbərzadə izah edib ki, indiyə qədər Tehran Hörmüz boğazını Hörmüz və Henqam adaları arasında 30 milə qədər ərazi kimi müəyyən edib. İndi isə qeyd edib ki, ərazi Cask şəhərindən Qeşm və Böyük Tunb adalarından kənar ərazilərə qədər 200-300 mil uzanır.
//Samir Qurbanov, Editor.az


