ABŞ-ın İranla müharibədəki hərbi xərcləri 29 milyard dollara çatıbbackend

ABŞ-ın İranla müharibədəki hərbi xərcləri 29 milyard dollara çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Müdafiə Nazirliyinin Maliyyə üzrə müavini vəzifəsini icra edən Jules Hurst parlament dinləmələrində ABŞ-ın İrandakı hərbi xərclərinin təxminən 29 milyard dollara çatdığını açıqlayıb. Bu rəqəm iki həftə ərzində 4 milyard dollar artıb.

Hurst əməliyyatın dəyərinin artmasını avadanlıqların təmiri, dəyişdirilməsi və texniki xidməti xərclərinin artması ilə əlaqələndirib.

29 apreldə Jules Hurst ABŞ-ın İrandakı hərbi əməliyyata 25 milyard dollar xərclədiyini bildirib. O zaman xərclərin əksəriyyətinin sursata, digər hissəsinin isə “avadanlığın dəyişdirilməsinə” gedəcəyini söyləyib. Bu rəqəm müstəqil ekspertlərin hesablamalarından aşağıdır. Hələ aprelin əvvəlində “Financial Times” müsahibə verən ekspertlərə istinadən Vaşinqtonun xərclərini 30 milyard dollar olaraq qiymətləndirmişdi. 30 apreldə CNN mənbələri İranla münaqişənin ABŞ-a 40-50 milyard dollara başa gələcəyini, o cümlədən Amerika hərbi obyektlərinin bərpasını qeyd etmişdilər.

//Samir Qurbanov, Editor.az