Bu ölkələr İrəvan üzərindən Bakıya “hücuma keçdi” – Səbəbbackend

Bu ölkələr İrəvan üzərindən Bakıya “hücuma keçdi” – Səbəb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaxın həftələrdə Ermənistanda parlament seçkiləri keçiriləcək. Bu seçkilər çox mühüm bir dönüş nöqtəsi ola bilər”.

Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fariz İsmayılzadə deyib.

O bildirib ki, ya sülh tərəfdarları üstünlük qazanacaq, ya da revanşist qüvvələr ciddi müqavimət göstərəcəklər:

“Hazırda Ermənistanda yeni bir siyasi vizyon uğrunda mübarizə gedir. Mövcud hakimiyyət Ermənistanı qonşularla sülh münasibətləri quran bir dövlət kimi təqdim etməyə çalışır. Lakin buna qarşı çıxan qüvvələr də mövcuddur və onlar üçün bu, bəlkə də sonuncu şans hesab olunur. Radikal müxalifət revanşist ideologiya ilə çıxış edərək sülh prosesinə mane olmağa çalışır. Bununla yanaşı, Ermənistan diasporası da bu proseslərdə fəal iştirak edir. Təsadüfi deyil ki, son dövrlərdə bəzi Avropa ölkələrində Azərbaycana qarşı qətnamələrin qəbul edilməsində diaspora qruplarının təsiri açıq şəkildə hiss olunur”.

fariz

Deputatın sözlərinə görə, oliqarx qrupları da öz maliyyə resursları ilə bu proseslərə təsir etməyə çalışırlar:

“Ermənistanda müəyyən dairələr də bu prosesləri dəstəkləyir. Beləliklə, müxtəlif qüvvələr birləşərək sülh prosesinə müqavimət göstərməyə çalışırlar. Bununla yanaşı, bəzi xarici dövlətlər də Cənubi Qafqaz üzərində nəzarəti saxlamaq niyyətindədirlər. Onlar regiondakı proseslərə təsir göstərmək və öz nüfuzlarını artırmaq üçün müxtəlif vasitələrdən istifadə etməyə çalışırlar. Çünki Cənubi Qafqaz son dövrlərdə həm nəqliyyat dəhlizləri, həm enerji resursları, həm də yeni geosiyasi güc mərkəzi kimi strateji əhəmiyyətini daha da artırıb. Xüsusilə türk dünyasının güclənməsi, Orta Asiya ilə əlaqələrin genişlənməsi və regionun böyük enerji və mineral resurs potensialı bu marağı daha da artırır. Bu baxımdan müxtəlif qüvvələr region üzərində təsir mexanizmlərini qorumağa çalışırlar. Bütün bu mürəkkəb proseslər fonunda Azərbaycan etibarlı və mühüm tərəfdaş kimi çıxış edir”.