Eynulla Fətullayev Haqqin.az saytını kimə satdığını açıqladıbackend

Eynulla Fətullayev Haqqin.az saytını kimə satdığını açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tanınmış jurnalist və media rəhbəri Eynulla Fətullayev rəhbərlik etdiyi haqqin.az informasiya resursunu satdığını açıqlayıb.

Musavat.com xəbər verir ki, Eynulla Fətullayev ictimaiyyətə ünvanladığı açıqlamada uzun illər media sahəsində fəaliyyət göstərdiyini xatırladaraq, artıq Azərbaycanda jurnalistika fəaliyyətini dayandırmaq qərarı verdiyini bildirib.

Onun sözlərinə görə, haqqin.az saytının domeni və təsisçi olduğu MMC-dəki tam payı notariat qaydasında iş adamı və politoloq Adəm İsmayılova satılıb.

Eynulla Fətullayev açıqlamasında qeyd edib ki, satış əməliyyatı rəsmiləşdirilib və media resursunun yeni sahibi Adəm İsmayılovdur.

Musavat.com bildirir ki, Adəm İsmayılov iş adamı və Vəhdət Partiyasının sədridir.

Jurnalist həmçinin bildirib ki, gələcək fəaliyyətini əsasən biznes sahəsində davam etdirməyi planlaşdırır. O, ictimai-siyasi və regional hadisələrlə bağlı müşahidələrini sosial şəbəkə hesablarında paylaşacağını qeyd edib.

Eynulla Fətullayev açıqlamasının sonunda uzun illər ərzində onu izləyən oxucularına təşəkkür edib.