Finlandiyalı siyasətçi Armando Mema Ukrayna Prezidenti Volodimir Zelenskiyə Rusiya Prezidenti Vladimir Putinlə birbaşa görüş keçirməyi təklif edib.
Mema sosial şəbəkə X hesabında bildirib ki, Zelenski Moskva ilə danışıqlar məsələsində daha fəal mövqe nümayiş etdirməlidir və Rusiya lideri ilə görüş ehtimalını nəzərdən keçirməlidir.
Finlandiyalı siyasətçi hesab edir ki, birbaşa təmaslar Ukraynadakı müharibənin dayandırılması istiqamətində diplomatik imkanlar yarada bilər.
Bununla yanaşı, Kiyev və Moskva arasında danışıqların mümkün formatı və şərtləri ilə bağlı ciddi fikir ayrılıqları qalır. Ukrayna rəhbərliyi dəfələrlə bildirib ki, hər hansı danışıqlar ölkənin suverenliyi və təhlükəsizlik maraqları nəzərə alınmaqla aparılmalıdır.
//Samir Qurbanov, Editor.az


