Rusiya xüsusi xidmət orqanları ölkə rəsmilərinin telefonlarının xarici kəşfiyyat tərəfindən izlənildiyini iddia edib.
Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) tərəfindən verilən açıqlamada bildirilir ki, yüksək vəzifəli məmurların mobil telefonlarında xarici xüsusi xidmət orqanları tərəfindən quraşdırıldığı iddia edilən casus proqram təminatı aşkarlanıb. Məlumat “Bloomberg”ə istinadən yayımlanıb.
FSB-nin iddiasına görə, xarici kəşfiyyat qurumları hədəfə alınan cihazlardan müxtəlif məlumatların “gizli və icazəsiz şəkildə” əldə edilməsini həyata keçirib. Hadisə ilə bağlı Rusiyada cinayət işi açıldığı bildirilib.
Qeyd edək ki, bu iddialar müstəqil mənbələr tərəfindən hələlik təsdiqlənməyib.
//Samir Qurbanov, Editor.az


