Gəncədə evlərdən oğurluq edən şəxs saxlanılıbbackend

Gəncədə evlərdən oğurluq edən şəxs saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncə şəhərində müxtəlif vaxtlarda ayrı-ayrı evlərdən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

“Report”un Qərb bürosunun məlumatına görə, müxtəlif vaxtlarda şəhər ərazisindəki 3 evdən su nasosları və soba oğurlanıb.

Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Gəncə sakini, əvvəllər məhkum olunmuş R.Abdullayev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.