“Grotto”dan jurnalistlər üçün kampaniya – Bu qədər endirim ediləcəkbackend

“Grotto”dan jurnalistlər üçün kampaniya – Bu qədər endirim ediləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Quba rayonunun Qrız Dəhnə kəndində, Quba – Xınalıq yolunun üzərində yeni istifadəyə verilmiş Grotto otel – restoran kompleksi 22 İyul – Milli Mətbuat Günü ərəfəsində media nümayəndələrinə minnətdarlıq əlaməti olaraq xüsusi kampaniyaya start verir. 
Kampaniya çərçivəsində Media Reyestrinə daxil edilmiş media qurumlarının əməkdaşlarına simvolik 22% endirim təqdim olunur. Endirimdən yararlanmaq üçün xidməti vəsiqənin təqdim edilməsi kifayətdir.
Bu təşəbbüs ölkəmizdə peşəkar jurnalistikanın inkişafına töhfə verən media əməkdaşlarının fəaliyyətinə ehtiram və minnətdarlıq ifadəsi olaraq həyata keçirilir.
Kampaniya haqqında daha ətraflı məlumat və rezervasiya üçün komplekslə əlaqə saxlaya bilərsiniz.
Telefon: +994 51 343 03 99; +994 55 343 03 99; +994 77 343 03 99
e-mail: grottoresort@gmail.com
Instagram: @grotto.resort
Qubanın bənzərsiz dağ mənzərəsi və çay kənarının sakitliyi ilə əhatələnmiş kompleks qonaqlarına komfort, zəriflik və təbiətlə harmoniya içində istirahət imkanı təqdim edir. Kompleks, Qubanın çoxəsrlik qonaqpərvərlik ənənəsinə müasir yanaşma ilə yeni canlanma gətirərək, bu dəyəri yüksək xidmət və incə üslubla birləşdirir.
Standart otaqlar (Single, Double, Twin, Triple, Quad), komfort səviyyəsinə görə Economy, Standard, Superior, Deluxe, Premium və Luxury otaqlar, eyni zamanda, funksional təyinatlı Business Room, Family Room, Honeymoon Room, Accessible Room və Connecting Rooms kateqoriyaları, eləcə də suite növləri – Junior Suite, Executive Suite, Family Suite, King Suite və Penthouse Suite olmaqla dağ mənzərəli otel nömrələri qonaqlara maksimum rahatlıq və lüks təmin edir. Xüsusi dizayn edilmiş ikimərtəbəli A-frame tipli villalar və 2, 3, 4 və 5 nəfərlik koteclər istirahətinizi daha da fərqli və unudulmaz edir.
Kompleksin ərazisində yerləşən zərif qapalı restoran, açıq hava restoranı və teras kompleksi yüksək səviyyəli ziyafətlər, özəl mərasimlər və prestijli korporativ tədbirlər üçün də ideal seçimə çevirir.
Ailələrin rahatlığı üçün yaradılmış uşaq əyləncə zonası, sakit və təhlükəsiz mühitdə istirahətə şərait yaradır. Kompleksin restoranlarında isə milli və Avropa mətbəxinin ən seçmə nümunələri, peşəkar aşpazların xüsusi təqdimatında qonaqlara təqdim olunur.
Detallara verilən xüsusi önəm, zərif atmosfer və fərdi yanaşma anlayışı ilə kompleks sadəcə istirahət deyil, həyat tərzi təqdim edir.
Dağların qoynunda ucalan bu kompleks seçilmiş zövqlər, və məna axtaranlar üçündür.
Sizi çoxəsrlik qonaqpərvərlik ənənəsinə yeni nəfəs gətirən kompleksimizdə görməkdən şərəf duyarıq.