“Aleksandr Şarovski ilə ilk tanışlığımız 1980-ci ildə olub. Həmin vaxtdan onunla dostluğumuz başlayıb”.
Editor.az xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, bunu Xalq artisti, rejissor Aleksanr Şarovski ilə vida mərasimində Xalq artisti Hacı İsmayılov deyib.
O bildirib ki, Şarovski Azərbaycan teatr tarixində bir iz qoyub:
“Onun Azərbaycan teatr səhnəsində 50-dən artıq tamaşası olub. Aleksandr Şarovski teatr rejissoru olmaqla yanaşı həm də Rusiya-Azərbaycan arasında dostluq münasibətlərinə töhfə verib. Təsadüfi deyil ki, Şarovski Rusiya tərəfindən “Dostluq” ordeni və “Puşkin” medalı ilə təltif edilib. Şarovskinin fəaliyyəti Azərbaycan dövləti tərəfindən də yüksək qiymətiəndirilib. O, Azərbaycanın “Şərəf” və “Şöhrət” ordenləri ilə təltif olunub. Şarovski Azərbaycanın mədəniyyət və teatr tarixində əbədi qalacaq şəxsiyyətlərdəndir”.

