Rumıniya Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcısı ölkənin hava məkanını pozan naməlum pilotsuz uçuş aparatını (PUA) ilk dəfə məhv edib.
Rumıniya Prezidenti Nikuşor Danın açıqlamasına görə, insident iyulun 24-də yerli vaxtla saat 11:00 radələrində baş verib. PUA yaşayış olmayan ərazi üzərində vurulduğundan əməliyyat mülki əhali üçün heç bir risk yaratmayıb. Hazırda aidiyyəti qurumlar hadisə yerində araşdırma apararaq pilotsuz aparatın mənşəyini və digər təfərrüatları müəyyənləşdirirlər.
Bu, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi başlayandan bəri Rumıniyanın öz hava məkanını pozan PUA-nı döyüş təyyarəsi ilə ilk dəfə məhv etməsi kimi qiymətləndirilir.
//Samir Qurbanov, Editor.az

