SEPAH Bəhreyndə “Amazon” şirkətinin data mərkəzini məhv etdiyini açıqlayıb – VİDEObackend

SEPAH Bəhreyndə “Amazon” şirkətinin data mərkəzini məhv etdiyini açıqlayıb – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin “Amazon” şirkətinin Bəhreyndə yerləşən məlumatların emalı mərkəzini məhv etdiyini bildirib.

Oxu.Az xəbər verir ki, bu barədə “Al Jazeera” SEPAH-ın bəyanatına istinadən məlumat yayıb.

Qeyd olunub ki, bu, mərkəzə endirilən ikinci zərbədir.

“ABŞ ordusu üçün məlumatların toplanmasında əsas rol oynayan “Amazon” şirkətinin data mərkəzinin binası dağıdılıb”, – məlumatda bildirilib.

Xatırladaq ki, SEPAH bundan əvvəl – iyulun 21-də həmin data mərkəzin qanadlı raketlər vasitəsilə vurulduğunu elan etmişdi.