İngiltərənin cənub-qərbində hərbi helikopter qəzaya uğrayıbbackend

İngiltərənin cənub-qərbində hərbi helikopter qəzaya uğrayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərənin cənub-qərb bölgəsində Kral Hərbi Dəniz Qüvvələrinə məxsus hərbi helikopter qəzaya uğrayıb.

Editor.az xəbər verir ki, bu barədə məlumatı Reuters agentliyi yayıb. Məlumata görə, helikopter Devon qraflığında açıq sahəyə düşüb. BBC-nin məlumatında qeyd olunur ki, həmin ərazi hərbi pilotların təlimləri üçün mütəmadi olaraq istifadə edilir.  

Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi qəza faktını təsdiqləyib və hadisə ilə bağlı araşdırmalara başlanıldığını bildirib. Hazırda qəzanın başvermə səbəbləri müəyyənləşdirilir. Helikopterin göyərtəsində neçə nəfərin olduğu və xəsarət alanların olub-olmaması barədə isə hələlik rəsmi məlumat açıqlanmayıb. Hadisə yerinə xilasedici xidmətlərin cəlb edildiyi bildirilir.  

Qeyd edək ki, son vaxtlar müxtəlif ölkələrdə hərbi aviasiya ilə bağlı bir sıra insidentlər qeydə alınıb.  

//Gülnarə Abasova, Editor.az