Çin Prezidenti Si Cinpinin ABŞ-a səfərinin tarixləri məlum olub.
Politico qəzetinin məlumatına görə, Si Cinpin sentyabrın 23-dən 25-dək ABŞ-da səfərdə olacaq.
Səfər çərçivəsində onun ABŞ Prezidenti Donald Trampla görüşü gözlənilir.
Daha əvvəl Tramp Si Cinpinin sentyabrın 24-də Ağ Evdə olacağını bildirmişdi.
Səfərin əsas gündəliyində ABŞ-Çin münasibətləri, ticarət, süni intellekt və digər strateji məsələlərin müzakirə olunacağı gözlənilir.
//Samir Qurbanov, Editor.az

