Netanyahu və Kuşner Qəzza ilə bağlı əsas şərtdə razılaşdıbackend

Netanyahu və Kuşner Qəzza ilə bağlı əsas şərtdə razılaşdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidentinin xüsusi nümayəndəsi Jared Kuşnerlə İsrailin Baş naziri Benyamin Netanyahu arasında keçirilən görüşdə Qəzzada vəziyyətin nizamlanması ilə bağlı gələcək addımlar müzakirə olunub.

Editor.az xəbər verir ki, Reuters-in məlumatına görə, tərəflər Qəzzanın bərpasına başlanılmasından əvvəl HƏMAS-ın tam şəkildə tərksilah edilməsinin vacibliyi barədə razılığa gəliblər. İsrail tərəfi HƏMAS-ın yalnız ağır silahlardan deyil, yüngül silahlardan da məhrum edilməsini tələb edir.

Görüşdən sonra Qəzzanın demilitarizasiyası və tərksilah prosesi üzrə işçi qrupunun, həmçinin su, sanitariya və digər ictimai səhiyyə məsələləri ilə məşğul olacaq ikinci qrupun yaradılması barədə razılaşma əldə edildiyi bildirilib.
Bununla belə, danışıqlarda əsas fikir ayrılıqları aradan qalxmayıb. İsrail HƏMAS-ın tam tərksilahını öz qüvvələrinin Qəzzadan geri çəkilməsindən əvvəl əsas şərt kimi irəli sürür. HƏMAS isə İsrailin hərbi qüvvələrinin geri çəkilməsi və digər öhdəliklərini yerinə yetirməsini tələb edir. Reuters danışıqların hazırkı mərhələsində tərəflər arasında konkret irəliləyiş olmadığını qeyd edir.

Beləliklə, Qəzzanın gələcəyi ilə bağlı ABŞ-ın təşəbbüsü çərçivəsində əsas mübahisə tələblərin hansı ardıcıllıqla həyata keçirilməsi məsələsi olaraq qalır.

//Samir Qurbanov, Editor.az