İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin yenidən həyata keçirdiyi hava zərbələri fonunda Hörmüz boğazının bütün gəmilər üçün bağlandığını bəyan edib.
Məlumata görə, qərar bütün növ dəniz nəqliyyatı vasitələrinə – ticarət gəmilərinə, neft tankerlərinə və digər gəmilərə şamil olunur. İran tərəfi boğazdan keçməyə cəhd ediləcəyi təqdirdə sərt tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edib.
SEPAH nümayəndələri bölgədəki gərginliyə görə məsuliyyəti ABŞ-nin hərbi əməliyyatlarının üzərinə qoyaraq, hücumların davam etməsi halında regionun “cəhənnəmə çevrilə biləcəyini” bildiriblər.
Hörmüz boğazı dünya neft ticarətinin əsas marşrutlarından biri hesab olunur. Buna görə də boğazın bağlanması ilə bağlı açıqlamalar beynəlxalq enerji bazarlarında və qlobal nəqliyyat sektorunda ciddi narahatlıq yaradıb.
Beynəlxalq ictimaiyyət vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün tərəfləri təmkinli davranmağa çağırır.
//Samir Qurbanov, Editor.az


