İsrailin xarici işlər naziri Eli Koen Birləşmiş Millətlər Təşkilatının (BMT) Fələstin humanitar məsələlər üzrə koordinatoru Lin Hastinqsin vizasını ləğv etdiyini açıqlayıb.
Editor.az xəbər verir ki,.Koen X sosial media hesabından verdiyi açıqlamada BMT-nin qərəzləri qarşısında daha səssiz qalmayacaqlarını deyib.
Hastinqi hədəf alan Koen Fələstinin Humanitar Məsələlər üzrə Koordinatorunu Qəzza zolağına şiddətli hücumları və torpaq işğalını davam etdirdiyinə görə “İsraili qınamaqda” günahlandırıb.
Qəzzadan İsrailə edilən hücumlara işarə edən Koen, Həmas yerinə İsraili qınayan birinin BMT-də xidmət edə bilməyəcəyini və İsrailə girə bilməyəcəyini vurğulayıb. Hastinqs dünənki yazılı açıqlamasında İsrailin sıx hücumu altında olan Qəzza zolağında heç bir yerin təhlükəsiz olmadığına diqqət çəkib. BMT-nin Humanitar Məsələlər üzrə Koordinatoru vurğulayıb ki, İsrailin “humanitar fasilədən” sonra hücumlara başlaması on minlərlə insanı qida, su, sığınacaq və təhlükəsiz yer axtarışında getdikcə daha daralmış ərazilərə sıxışdırıb.
//Gülnarə Abasova, Editor.az

