İsrail mətbuatında yayılan məlumatlara görə, ABŞ-ın İrana qarşı həyata keçirdiyi son hərbi əməliyyatlarda İsrail ordusu birbaşa iştirak etməyib.
Editor.az bu barədə İsrail mediasında iddia olunan məlumatlara əsasən xəbər verir.
Bildirilir ki, əməliyyat tam şəkildə ABŞ Silahlı Qüvvələri tərəfindən planlaşdırılıb və icra olunub.
Məlumata əsasən, İsrail rəhbərliyi əməliyyat barədə əvvəlcədən məlumatlandırılsa da, ölkənin Silahlı Qüvvələri zərbələrin həyata keçirilməsində birbaşa iştirak etməyib. İsrail tərəfinin əsasən müdafiə və təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə diqqət ayırdığı bildirilir.
Xəbərdə qeyd olunur ki, ABŞ-ın həyata keçirdiyi hərbi əməliyyatlar regionda gərginliyin daha da artmasına səbəb olub və Yaxın Şərqdə təhlükəsizlik vəziyyəti beynəlxalq ictimaiyyətin diqqət mərkəzində qalmaqdadır. Bununla yanaşı, tərəflər arasında qarşıdurmanın genişmiqyaslı münaqişəyə çevrilməsi ehtimalı ilə bağlı narahatlıqlar da davam edir.
//Gülnarə Abasova, Editor.az


