İsrail xüsusi təyinatlıları Livanda itkilər veribbackend

İsrail xüsusi təyinatlıları Livanda itkilər verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Müdafiə Ordusu (SAXAL) Livanın cənubundakı döyüş əməliyyatları zonasında yeni itkiləri barədə məlumat yayıb.

Oxu.Az xəbər verir ki, SAXAL-ın mətbuat xidmətinin bəyanatına əsasən, “Oz” xüsusi təyinatlı briqadasının tərkibindəki “Maqlan” xüsusi bölməsinin 20 yaşlı baş çavuşu Adam Tsarfati orada həlak olub.

Eyni insident nəticəsində daha üç İsrail hərbçisi yaralanıb: onlardan birinin vəziyyəti ağır, digər ikisinin xəsarətləri isə yüngüldür. Ordudan bildirilib ki, onların hamısı xəstəxanaya yerləşdirilib.