Özbəkistanda keçirilən konsert zamanı yaşanan hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Milli.Az xəbər verir ki, tədbir zamanı bir gənc səhnə qarşısında sevgilisinə evlilik təklifi edib. Romantik anlar əvvəlcə zalda alqışlarla qarşılanıb. Lakin gözlənilmədən qızın “yox” cavabı verməsi həm gənci, həm də tədbirdə iştirak edən tamaşaçıları məyus edib.
Kadrlarda oğlanın rədd cavabından sonra çətin anlar yaşadığı görünür. Zalda əyləşən insanların reaksiyası da diqqətdən yayınmayıb.
Görüntülər qısa zamanda sosial mediada yayılıb və istifadəçilər arasında müxtəlif rəylərə səbəb olub. Bəziləri gəncə dəstək mesajları yazsa da, digərləri belə təkliflərin kütlə qarşısında edilməsinin riskli olduğunu qeyd ediblər.


