Avropanın iki paytaxtında temperatur rekord həddə çatdıbackend

Avropanın iki paytaxtında temperatur rekord həddə çatdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bratislavada havanın temperaturu 39,9 dərəcəyə, Bratislavadan təxminən 60 kilometr məsafədə yerləşən Vyanada isə 40,1 dərəcəyə çatıb.

Editor.az xəbər verir ki, bu barədə Slovakiyanın Markiza telekanalı məlumat yayıb.

Sinoptiklərin proqnozlarına görə, qarşıdakı günlərdə hər iki paytaxtda isti hava daha da güclənə bilər. Bildirilir ki, yayın əvvəlindən etibarən Bratislava və Vyanada temperaturun 30 dərəcəni keçdiyi günlərin sayı ötən illə müqayisədə artıb.

Avropada anomal istilər fonunda dünyanın digər bölgələrində də yüksək temperatur qeydə alınır. Daha əvvəl Cənubi Koreyanın paytaxtı Seulda havanın temperaturu 42,5 dərəcəyə yüksələrək 1904-cü ildən bəri şəhərdə qeydə alınan rekord göstəricini yeniləyib.

Seulun Kannam rayonunda temperatur 41,4 dərəcəyə, avqustun 1-də isə 41,6 dərəcəyə çatıb. Yanqsan şəhərində isə iyulun 29-dan etibarən hər gün 40 dərəcə və daha yüksək temperatur qeydə alınıb.

Məlumata görə, Cənubi Koreyanın paytaxtında ekstremal isti hava artıq 12 gündür davam edir.

//Gülnarə Abasova, Editor.az