Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Ukraynaya qarşı müharibə artıq yalnız keçmiş ABŞ prezidenti Joe Biden ilə əlaqələndirilə bilməz və bu, müəyyən mənada indiki prezident Donald Trump administrasiyasının da məsuliyyət daşıdığı münaqişəyə çevrilib.
Lavrov jurnalistlərə müsahibəsində qeyd edib ki, son bir il ərzində Moskva ilə Vaşinqton arasında müxtəlif formatlarda, o cümlədən dövlət başçıları səviyyəsində çoxsaylı təmaslar baş tutub. Onun sözlərinə görə, Kreml bu dialoqlar fonunda Ağ Evin Ukrayna münaqişəsi ilə bağlı bəzi məsələlərdə Rusiyanın mövqeyini anladığını düşünürdü.
Rusiya XİN rəhbərinin bu açıqlaması Moskva ilə Vaşinqton arasında son aylarda intensivləşən diplomatik təmasların fonunda səslənib və ABŞ administrasiyasının Ukrayna siyasəti ilə bağlı müzakirələrə yeni rəng qatıb.
//Samir Qurbanov, Editor.az


